Kəramət : - ALLAHIN ALTERNATİVİ VARMI

YAZARLAR 09:25 / 07.11.2024 Baxış sayı: 1690

ALLAHIN ALTERNATİVİ VARMI

... hansı mərhələdən keçdiyi, belə deyək, ədəbiyyatın antropoji quruluşunu müəyyənləşdirir.

Bəlkə də bədi düşüncənin Darvinizmi kimi də ifadə edə bilərdik, amma hörmətli Darvin, əsasən, nəzəriyyəsini bədən üzərində qurur. Əmək alətlərini rədd etmədən.

Sənət mahiyyəti etibarı ilə bacarıqdı, istedadın ölçüsü də bu anlamda dəyər qazanır.; Yəni nə dərəcədə bacarıqlıyıq.

Təbiət-həyat-yaşam, bəşər tarixi və ən başlıcası, bunların mənimsənilib, dərk edilib, öz həyatının iştirakıyla, bir daha vurğulayıram , ÖZ HƏYATININ İŞTİRAKIYLA yenidən can , məna-məzmun qazanmasındadı İSTEDAD, hər sahədə.

Sənəqədərki, çoxişlək sözü yenidən canlandırmaq, həyatla buluşdurmaq, diriltməkdi .."Ver sözə ehya ki.."

Xammaldı bütün..nə varsa..yaradıcı sənsən , necə ki Allahın insanı, kainatı yaratmaq üçün müazimələri, xammalı vardı..sənəqədər də hərşey var, hətta Allah da var, buyur yarat.

Bax, burda yaratmaq qüdrətin, gücün ortaya çıxır..

Orta əsrlərdə Avropa yoxdu, dinin-xristianlığın əsarətində, məshəb müharibələrində...hər yeniliyi, bacarığı, yaradıcılığı qətl edirdi və elm-sənət qurbanlar verərək Avropanı Avropa elədi, göydən düşmədi, qan-qadayla, özü-özünü dərk eləməklə "ortaçağ zehniyyəti" ( bu yaraşdırma Şərqə deyil, Avropaya şamiı olunub) əsarətindən qurtulub, başqa sözlə, YARADICILIQ QABİLİYYƏTİNİ ortaya qoyub.

O vaxtlar 500 ildi dünyanı Osmanlı və Çin imreratorluğu idarə edirdi.

Allah tək yaradıcıdı, bu səbəbdən, alternativ, ikinci-üçüncü yaradıcı istəməz.

İstedadlar Allaha, Despotizmə qarşı çıxanlardı, "MƏN VARAM!" deyənlərdi, bu səbəbdən despotlar, ədəbi diktatorlar yaradıcılığı qəbul etməz, "Hər şey mənimlə başlar, mənimlə bitər" sarsaqlığıyla özünü yaşatmış sanar...bir az gülüm HA..HA..HA..gözünüz yaşarınca siz də gülün.

Bu yerdə sözümü kəsirəm, "nədən"i də o ki, "Səs partlayışından Düşüncə partlayışına" (təqribi adı) kitabcığımdandı.

Dostoyevskiylə söhbət edirik o günləri, deyir ki, adamlar elə bilirdi mən qumar oynayıram, ta bilmirdilər ki, mən "QUMARBAZ"ı yazıram.

.h ə l ə l i k