Kəmalə Abiyeva : - HAVA
Ədəbiyyat
10:59 / 15.04.2025
Baxış sayı: 1542
Nə qəribə havadı,elə mənim havamdı...
Bir azacıq tutqundu,bir azca da işıqlı,
Bir azca dumanlıdı, bir azca da yağışlı...
Bir az donuq kimidi,bir az soyuq kimidi,
Bir azca da durğundu,bir azca da yorğundu, bir az da boz kimidi...
Qəhərdən boğazıma ilişən söz kimidi...
Elə mənim kimidi.