KAMALƏ ABİYEVA: TORPAĞINI GEYNƏRƏM ƏYNİMƏ

YAZARLAR 09:06 / 11.07.2024 Baxış sayı: 1927

 

 

XIX əsri 1789-1914, XX əsri isə 1914-1991-ci illər arasında analiz eden məşhur ingilis tarixçisi Eric Hobsbawma görə 19 əsr “uzun”, 20. əsr isə “qısa“ sürmüşdür. Yinə Hobsbawma görə 19 əsr, 1789-cu il Böyük Fransız inqilabı ilə  başlamış,  1913-cü ildə bitmişdir. 20-ci əsr isə təqvimə görə deyil, tarixən - 1914-cü ildən, yəni Birinci Dünya Müharibəsindən başlamış, 1991-ci ildən - dünyada qlobal dəyişikliklərin başlandığı, 1990-cı ildə Almaniyanın birləşməsi və 1991-ci ildə keçmiş SSRİ - in dağılması ilə bitmişdir. Birinci Dünya Müharibəsi (1914) ilə başlayan və “qısa 20-ci əsr”in sonu Azərbaycan üçün ən uzun sürən dövr olmuşdur, deyə bilərik.

Keçən əsrin sonunda, 90-cı illərin əvvəllərində keçmiş SSRİ-nin süqutu ilə müstəqilliyimizi bərpa etmək üçün tarixi şərait yarandı.Vətənimiz 70 illik əsarətdən sonra ikinci dəfə öz müstəqilliyinə qovuşdu.  “Bir kərə yüksələn bayraq, bir daha enməz”, - sözləri həqiqətə çevrildi. Müstəqilliyimizə gedən yol “bəşəri cinayət və qətl” sayılan 20 Yanvardan keçdi.

Böyük vətən dediyimiz keçmiş SSRİ, yəni dövlət öz vətəndaşını amansızcasına qətl etdi.O gecə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə millət qorxmadan əliyalın rus tanklarının qabağına çıxmaqla Azərbaycan xalqının iradəsinin sarsılmazlığını nümayiş etdirdi.  Oğullarımız şəhid oldu, lakin  qanları ilə yeni tarix, qəhrəmanlıq tarixi yazdılar.20 Yanvar faciəsi milli kimliyimizin formalaşmasında həlledici rol oynadı.Dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu.Müstəqilliyə gedən yolda verdiyimiz itkilər,20 Yanvar faciəsi, 30 il sürən Qarabağ savaşı,Xocalı faciəsi öz ağrısı, acısı ilə ədəbiyyatımıza yükləndi. 

İctimai-siyasi, sosial hadisələrin birdən-birə dəyişməsi nəsrimizin və poeziyamızın yönünü və mövzusunu dəyişidi. Oğlu Qarabağda şəhid olan Xalq yazıçısı Sabir Əhmədli 20 Yanvar hadisələri ilə bağlı silsilə hekayələr,  "Axirət sevdası" adlı roman yazdı. Sabir Əhmədli ilə yanaşı, Anar, Elçin, Seyran Səxavət,  Aqil Abbas, Azər Abdulla, Məmməd Oruc, Azad Qaradərəli, Elçin Hüseynbəyli, Təranə Vahid, Eyvaz Zeynalov hekayə və romanlar yazdı.Ancaq şəhidlik, köçkünlük, savaş nəsrdən çox bütün ağrısı ilə poeziyada inikas etdi. Azərbaycan poeziyası“öz dövrünün deyil, dövrün özü oldu.” “Müsəllah əsgər” olan ədəbiyyat adamlarımızın əlində qələm “süngü”yə çevrildi.Qələmi süngüyə çevirən şairlərimizdən biri dəKamaləAbiyevadır.

Şairə Kamalə xanım Abiyeva hər şeydən əvvəl əsl “Vətən daşı”dır, vətəndaşdır. “Vətən adlı nəğməyə möhtac" olan şairənin “həyatının mənası, yaradıcılığının aparıcı mövzusuvətəndir.” Azərbaycanın vəsfi onun vətən  nəğməsinin əsas mövzusudur:

 

“Azərbaycan, gözlərimin qarası,

Azərbaycan, həyatımın mənası.

Nə deyim ki, layiq olsun vəsfinə,

EyVətənim, analarınanası!

Azərbaycan, analarınanası!”

 

Vətən və vətəndaşlıq mövzusu hər zaman şairlərin aparıcı mövzularından biri olub. Dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Bu mövzuda yeni söz demək istəyi, hər bir şairin intellektindən, dünyagörüşündən, ən əsası isə torpaq, yurd, vətən sevgisindən qaynaqlanır. Vətən haqqında o qədər deyilib, o qədər yazılıb ki, yeni söz demək xüsusi istedad tələb edir. İstedadlı şairənin fərqi vətəni poetikləşdirməsindəki yanaşmasıdır. Kamalə xanımın Vətənə, torpağa olan sevgisinin ifadəsiyenidir: “Torpağını geyinərəm əynimə.” Bu ifadəpoeziyamıza Kamalə xanımla ayaq açıb, desək yanlış olmaz. Şairənin əyninə geyindiyi vətən torpağının sinəsindən Kür-Araz axır, Xəzər dalğalanır. Vətənin qəlbinə dəyən olsa, Kür-Arazı könlünə axıdıb, Xəzəri məlhəm edib, Vətənin könlünə məlhəm olmaq üçün qoşar:

 

“Torpağını geynərəm əynimə,

Kür-Arazı axıdaram könlümə,

Xəzərimi məlhəm edib, gələrəm,

Ey Vətənim, dəyən olsa könlünə!”

 

Hərzamantorpağıvətən, vətənianabilmişik.Vətənianakimi, ananıvətənkimisevmişik.Lakinvətənisevməkazdır, onuqorumaqgərəkdir. Bu şərəflimissiyanı,Vətəni – ananıqoruyan, vətənəazadlıqbəxşedənqəhrəmanvətənoğullarıdır. İstiqlalşairiMidhatCemalKun­tayın “Bayraqlarıbayraqyapanüstündəkiqandır, / Torpaqəgəruğrundaölənvarsa, Vətəndir!” – misralarıbütövlükdəTürküntorpaq, yurd, vətənsevgisininifadəsidir.

Tarixboyutorpaqüstündəsavaşlarolmuş, torpaquğrunaqantökülmüşdür.  Torpaquğrundagedənsavaşımızdaqəhrəmanoğullarımız can verərək,torpağıvətənetmiş, şəhidlikzirvəsinəyüksələrəkdastanlaşmışlar.Qəhrəmanlıqdastanıyazanşəhidlərimizhərzamanqəlbimizdəvəədəbiyyatımızdaolduğukimi,Kamaləxanımınpoeziyasındadaənucaməqamdadır.

Deyirlər ki, “şeir yazmaq – Allaha sitayiş, Allaha dua etmək kimi bir şeydir.” Kamalə xanımın şeirləri bütövlükdə Vətənə, Şəhidlərimizə, şəhid analarına  sitayişdir, duadır. 

 

“Məgrur səsin azadlıgın sədası,

Şəhidlərin ölməzliyin nidası,

Azərbaycan-Qalibiyyət dünyası

İgidliyin sarsılmayan qalası!”

 

Adətən, vətənə Ana Vətən deyirik, bu yeni deyil. Kamalə xanım, şəhidlərimizə müraciətləyazır:“Vətən dediyimiz Azərbaycan sənə də, mənə də anadır.”Ana Vətən onun uğrundan candan keçən qəhrəmanları üçün “Vətən anadır.”

 

“Sənə də, mənə də anadır igid,
Vətən dediyimiz bu Azərbaycan.”
Heyf, əvəzinə ölə bilmədim,
Sən anana qurban, mən sənə qurban.”

         Həssas notlarla davam edən şairə, şəhidliyi “səadət“ olaraq dəyərləndirir. Vətən torpağının hər qarışında şəhidlərin nəfəsinin gəzdiyini vurğulayır, Vətən,“Haqqını vətənə verən” şəhidin gələcək nəsillərə əmanətidir. Vətəni, qorumaq, şəhidin “şəhidlik səadətini” qorumaqdır.


“Hər qarış torpaqda gəzən nəfəsin
“Haqqını halal et”deməyin deyir
Həkəri çayına qarışan səsin
Haqqımı Vətənə vermişəm “deyir.
Haqqımı qoruyun,tapdalanmasın,
Qoruyun siz Vətən əmanətini
Elə qoruyun ki,canı yanmasın
Qoruyun Şəhidlik səadətimi….
 

 

Misralarda izlədiyimiz kimi, Kamalə xanımın Vətən-Torpaq nəfəsli şeirlərində torpağa və şəhidə münasibət müqəddəsdir, ülvidir. “Şəhidlərə məktub” yazan şairənin duyğularında qürurla nisgil paraleldir. Torpaq əsarətdədirsə, Vətən şəhiddir. Vətən azaddırsa, bu azadlığın qurbanları şəhidlərdir. Torpaq əsarəti qədər şəhid dərdi də çəkilən deyil, bu ağrıyla yaşamaq, bu ağrını daşımaq olmur. Şairə, duyğularını misralara pıçıldayır:

 

“Torpaq əsirdisə, Vətən şəhiddi.
Bu boyda ağrıyla yaşamaq olmur.
Ey Vətən yolunda şəhid igidim,
sənin ağrını da daşımaq olmur.”

 

Şəhidlərin müqəddəs olduğunu, müqəddəs ruhlarının hər zaman “vətən zirvəsində dolaşdığını” vurğulayan şairə, özünü halalıq ala bilmədiyi şəhidlərin önündə borclu sayır. Nə qədər doğru bir yanaşmadır. Yalnız şairə deyil, hamımız onların ruhu qarşısında borcluyuq, hamımızın üzərində haqları var. Torpağın altında yatan şəhidlərin ruhu yüksəklərdə “Vətən zirvəsindədir.”O, “Vətəndən halallıq alan igidlər”ə müraciətlə yazır:

 

“Sən elə əlçatmaz bir zirvədəsən,
Bilmirəm nə vaxtsa görüşərikmi?

Sən o kutsal Vətən zirvəsindəsən.
Bilmirəm ruhumuz görüşəcəkmi?”

 

Yüksək duyğularla şəhidlərə şeirlər yazan şairə, şəhid analarını da unutmur. Axı şəhidi dünyaya gətirən anadır. Oğul doğub, vətən üçün böyüdən bu analara biganə qalmaq olmaz. Kamalə xanım da eyni duyğular içərisindədir. “Başını şəhid anasının sinəsinə qoymaq istəyir. Ziddiyyətli hisslərə bürünən şairə, şəhid anasını incidəcəyindən” ehtiyat edir. Ananın qəlbindəki ağrıları duyub, “özünün-öz gözündən düşəcəyindən qorxur. ” “Şəhid anasını təsəlli etməyə söz tapa bilmir”,“üzünə baxmağa gözü utanır.” Çünki “bala yarasının” sağalmaz olduğunu bilir, yalan söz deməyə utanır. Nə söyləsə də “övlad həsrətinə hörülmüş ananı bu həsrətdən sökə bilməyəcəyini” bilir: “Təsəlli etməyə söz də tapmıram, / dilimdən asılır sözüm utanır. / Baxışım hər yanı dolansa belə / üzünə baxmağa gözüm utanır.”

Bu yurdu yaşadanların analarının “məğrur duruş”ları ilə yurdu yaşatdıqlarına diqqət çəkir. Şəhid analarını “böynubükük” görmək istəmir. Şəhid anasına müraciətlə yazır: 

 

“Boynubükük olsan bircə an əgər,

Bu doğma torpaq da boynunu bükər,

gözündən bir damla yaş düşsə belə,

Qarabağ özü də gözyaşı tökər.”

 

Şəhidlərin Vətən sevgisini, torpağın şəhidinə ana olmasını vurğulayan şairə, bu haqqı hamıya vermir. Çünki torpaq hamıya ana deyil, onu qoruyana, onun uğrunda can qurban edənlərə anadır. Hər ana igid doğurmur. Və hər doğulan oğul da qəhrəman olmur. Övladları əsl vətəndaş duyğusu ilə böyüdən anaları, şairə “bətnində vətən böyüdən analar”, - olaraq dəyərləndirir, vətənlə ananı paralelləşdirir, bətnində Vətən bəsləyib böyüdən şəhid anaları ağlayarsa, Vətən onun göz yaşında boğular. Şairə ağrını, acını müqəddəsliyə, müqəddəs vətənə bağlamağı o qədər ustalıqla misralara pıçıldayır ki...Ağrını, kədəri bu qədər poetikləşdirmək şairənin uğurudur.

 

“Bu torpaq hamıya ana deyil ki,

namərdin, qorxağın vətəni olmur.

Hər qadın sənin tək igid böyütmür,

hər ana bətnindən şəhid doğulmur.

 

Ağlama, gözünün yaşını sil sən,

Sənin göz yaşında Vətən boğular.

Ay müqəddəs qadın, sənin bətnindən

oğul doğulmayıb Vətən doğulub. “

 

Tolstoy yazır ki, “Şeir yazmaq sözdən ən gözəl, ən lakonik şəkildə istifadə etməyi bacarmaqdır. Sözlərə məna yükləməkdir. Poeziya insan ürəyində yanan alovdur. Bu alov yandırır, isidir və təzələyir. Əsl şair, özü də bilmədən özü də yanır, ətrafı da yandırır” (L.N.Tolstoy).  Kamalə xanım poeziyasında Tolstoyun vurğuladığı bütün kriteriyaları gözləməyi bacarır. Həm “sözdən ən gözəl, ən lakonik şəkildə istifadə etməyi, həm “sözlərə məna yükləməyi”,  həm yanmağı, həm də ətrafı da yandırmağı  bacarır.

Bilirik ki, müharibənin bütün ağrıları xəncər kimi qadınların ürəyindən keçir. Çünki döyüşçünü də, qazini də, şəhidi də dünyaya gətirən anadır. Dünyasını dəyişən hər bir kişi, qadın üçün əzizidir, ərdir, qardaşdır, oğuldur. Bu oğullar  vətənə sipər, düşmənə göz dağıdır.

Şeirlərində azadlığa, Qarabağa, Şuşaya, bütövlükdə Vətənə gedən yolun ağrısından, acısından doğulan azadlığı, bu azadlığı qazanan Şəhidlərin  ölməzliyini poetikləşdirənKamalə xanım Abiyevatarixi xronologiyaya da sadiqlik göstərir.

44 günlük Vətən müharibəsinin zəfərlə sonuclanması, Böyük Zəfərimizin qüruru şairənin misralarında nəğməyə dönür.

Kamalə xanımın Vətən savaşında döyüşən Azərbaycan ordusunun əsgərinə müraciəti qürurvericidir:“Əsgərim”, “İgidim”, “Ay oğul balam,” “Bacarsam, əlində silahın ollam:

 

“Əsgərim, İgidim, ay oğul balam,
Səninlə yaşayır hər Vətən daşı.
Bacarsam əlində silahın ollam
Vətən savaşıdır, Vətən savaşı.

Vətən sevgisini yaşayır torpaq,
sevincə bürünüb gözünün yaşı.
Qələbə ətrinə qovuşur torpaq
Vətən savaşıdır - Vətən savaşır.”

 

Şairənin “Vətən savaşı”nı “Vətən savaşır”, -şəklində ifadə etməsidə diqqətçəkicidir. “Vətən savaşır...” “Vətən savaşırsa, bu savaşda hamı döyüşçüdür, hamı əsgərdir. Bu torpaqlar uğrunda can verən qəhrəmanlarımızın qisasını almaq, Qarabağ nisgilini qəlbimizdən çıxarmaq üçün Vətən savaşında Zəfər qazanmaq müzəffər ordumun haqqıdır. Çünki yalnız Böyük zəfərlə uzun sürən Qarabağ həsrəti ürəklərdən silinə bilər. Qarabağsız keçən günlər, uzun sürən ayrılıq, həsrət şairənin “Qarabağım”  şeirində elə təsirli notlarla əks olunur ki...

 

“Sənsiz keçən gecələrim özüm kimi ağır oldu ...

Sənsiz ötən gündüzlərim özün kimi fağır oldu...

Gecələrin yaxasından ay tək asılmaq istədim

hərdən sənə boylanmaqçün,

gündüzlərdə günəş tək yanmaq istədim

hərdən sənə toxunmaqçün.

donub qaldım dağlarıntək,  

susub qaldım bağlarıntək,

həsrət oldum yarpaq-yarpaq,

çiçək-çiçək.

Bulud oldum düzlərinin başı üstə,

ota döndüm qayaların daşı üstə.

Külək kimi meşələrində dolandım, 

ağaclarına sarıldım.

Yağış oldum səpildim ki, çöllərinə

“gələcəyəm” pıçıldayım dönə-dönə ...”

 

Ali Baş Komandan, Cənab İlham Əliyev və rəşadətli Azərbaycan ordusu tarix yazdı:

 

“İlhamla irəli möhtəşəm ordum
Azadlıq havası oldun bu yurdun.
Canınla, qanınla, rəşadətinlə,
Gələcək günlərə yazılır adın.

Ali baş komandan yumruğun qalxsın
önündə əyilir düşmənin başı.
Bir damla türk qanı yerdə qalmasın,
Vətən savaşıdır, Vətən savaşı.

Əlində ucalan bayraq Vətəndi!
Ayağın altında torpaq Vətəndi!
Bu haqq savaşında müzəffər ordum,
Qüdrətli ədalət –Zəfər sənindir!

 

Bayraq üçün savaşdıq, torpaq üçün savaşdıq. Tökülən qanlar üçün savaşdıq.  44 günlük Vətən savaşında Ali Baş Komandanın “Dəmir yumruğu” və Azərbaycan ordusunun rəşadəti ilə yeni tarix, Zəfər tarixi yazıldı:

 

“Sən tarixin özünü də heyran qoyan,

Özü canlı, özü şanlı tarix olan,

İlk zəfərin sevincini yaşadanım

 Ulu Heydər əmanəti komandanım.“

 

“30 il ağrı çəkən bu torpağın bətnində” olanlar da doğuldubu zəfərlə, müqəddəs torpağı görmək eşqiyləböyüdü.”

 

“gördüm səni,Qarabağım.

heç doyunca sevməmişdim səni axı,

sevdim səni şəhid-şəhid.

sevdim səni, Qarabağım.”

 

Qələminiz bir daha “Çiçəkləri dərd ətirli”,  “yasəmən ayını”, “illərin yazını” sevə bilmədiyiniz”,  “yanıb”, “donub”, “çat-çat olub yaşamadığnız”  “Ayrılıq fəsli”ndən, yazmasın, Kamalə xanım.Hər zaman Böyük zəfərimizdən qələbəmizdən yazsın! Vətən bir daha savaşmasın! Artıq oğullarımız Qarabağa  yaz gətirib”, “çöl-çəmənin rəngini,”çiçəklərin  ətrini”, “çayların ahəngini qaytarıb.” Şuşamıza “Zəfər yolu”yla gedirik. Hələ neçə-neçə Zəfər yolunun  salınacağına, “Ayrılıq fəsli”nin bitməsinə bütün qəlbi ilə inanan Kamalə xanım yazır:


“Bir inam doğulur bətnimdə
həsrətlə içimə çəkdiyim havandan,
Bilirəm,  ayrılıq fəsli bitəcək,
hər tərəf çiçək-çiçək, 
yamyaşıl geyinəcək,
çöl-çəmən də güləcək.
 Zəngəzur, Zəngibasar, İrəvan,
Təbriz, Ərdəbil, Zəncan, Həmadan
gözləyəcək.
Hər yandan

“Sən azadsan” deyən səs yüksələcək..
Hələ neçə zəfər yolu yenə sənə gələcək.”

Arzularınız çin olsun, Kamalə xanım!!!

Ömrünüzün yeni ilini qutlayır, sağlam can və uğur arzulayıram!

                                           

Lütviyyə Əsgərzadə

Filologiya elmləri doktoru