İdris Babayev : - SÖZ QOYUB GETDİ
İlan qum üstündə iz qoyan kimi,
Tellərin sinəmdə iz qoyub getdi.
Köksümə sancdığın ox öldürmədi,
Həsrətin yarama duz qoyub getdi.
De qəsdin nə idi, a zalım qızı,
Şaxtalı qış verib, apardın yazı,
Can alan gözlərin məndən narazı,
Məni qərib eldə tez qoyub getdi.
Qıymazdım bircə an ağrısın başın,
Nə tez düyünləndi alnında qaşın,
Ayrılıb gedəndə o tərs baxışın,
Üzümdə əriməz buz qoyub getdi.
Tükənməz səbrim var Göydən yerəcən,
Enərəm aşağı yüzdən birəcən,
Qayıtsan özümü qurban verəcəm,
Desinlər İdris də söz qoyub getdi.
09.12.24