Həzi Həsənli : - Şeiri saz üstündə yaz...

Ədəbiyyat 07:50 / 15.06.2024 Baxış sayı: 1024

Şeiri saz üstündə yaz,

Açıq qalsın pəncərə...

Həzin-həzin ötər saz,

Yorğun ruhum dincələr.

 

Evində saz dinəndə

Səhər olsun, ya axşam,

Çal sazını sinəndə...

"Urfanı"dır bil, havam.

 

Çal, şirin yuxu yatım,

Heç oyatma məni sən,

Havacat qurtaranda

Sazı köklə yenidən...

14.06.2024