Həzi Həsənli : - Şəhid şəkli

Ədəbiyyat 07:26 / 19.04.2024 Baxış sayı: 666

 

Gül qoxulu məzarın

Batıb şəfəq selinə,

Min - min misra yazarım

Sənin bircə telinə...

 

Baxıram son şəklinə

Düşüncən dərin- dərin,

Qurban olum kəklinə,

Nə gözəldi gözlərin...

 

Həsrətin yolu uzaq,

Anamın son varisi,

Ulduztək sayrışacaq

Göz yaşı mirvarisi...

 

Ayrılıb gedəndə də

Mənə baxır başdaşın,

Yaxında da, gendə də

Qəlbimdəsən, qardaşım!..

18.04.2024