Həzi Həsənli : - Bel bağlama dünyaya...

Ədəbiyyat 08:03 / 02.05.2024 Baxış sayı: 1206

Havalar ki isinir,

ömrü başlanır yayın.

Gecə könül verirsən

nəğməsinə bu çayın.

Duyğular aləmində

Ay işıq salır çaya...

Tanrıdır həmdəmin də,

Bel bağlama dünyaya...

01.05.2024