Kəramət : - TƏK QALDIĞINDAN ( OLDUĞUNDAN) ŞƏRQİ OXUYAN, ŞEİR YAZAN TANRI

YAZARLAR 07:37 / 01.05.2024 Baxış sayı: 1414

 

Bütün müqəddəs kitablar melodikdir-eyni ritm, takt üzərində yazılıb, fikir vermisinizmi. BU MÜQƏDDƏS KİTABLAR mahiyyətcə BİR TƏK-in əsəridir. Bütün yaradıcılar öz yaratdığı ƏSƏRİN ƏSİRİNƏ çevrilir sonradan,-bu ki hamıya məlumdur. Bütün müqəddəs kitablar da Tanrının kişi cinsindən olduğunu işarət edir, belə qəbul görür. Qadının qabırğadan yaranması-QADININ bir ƏSƏR olması anlamı daşıyır. Ona görə kişi yaratdığı əsərin-qadının əsarətindədir. Əsər-qadın dərin deyil, DİBsizdir, ona görə yozuma açıqdır.

Kişi-Allah-Tanrı müəllifdir və aydındır, sərhədləri bəllidir , əsər isə avtoritarlığını izaha möhtaclığından alır, buna görə görünməz , sonsuz güc sahibidir QADIN. Biz ƏSƏRimizi çox sevirik.

Pis xalq yoxdur, pis Din-Dil-İrq də...Əgər pis, kinli, kirli din-dil, xalq olsaydı həmin xalqın ŞƏRQİSİ olmazdı; bütün xalqların şərqisi möhtəşəmdi. Şərqilərin şəxsiyyət vəsiqəsi, rəngi olmur, sərhədsizdi, şərqilərə qollarımızı, ürəyimizi açırıq.

Çoxluqda əsər yaranmaz, əsər yaratmaq təklərin-tənhaların ömrünə yazılıb. Tək-tənha qalmaqdan qorxanlar şərqi oxuya bilməz, şeir yaza bilməz. Savaş zəngləri, müharibə çağırışları, əsgər çəkmələrinin xoru şərqi deyil

Bütün cocuqlar hərbi geyimdən, polis-milis paltarından qorxur.