Kəramət : - ŞAH-TƏLXƏK MÜNASİBƏTİNDƏN

YAZARLAR 08:12 / 02.05.2024 Baxış sayı: 1337

ŞAH-TƏLXƏK MÜNASİBƏTİNDƏN

...o yana getməyən "sənət". Bir müddət öncə AYB-yə, yox-yox e..şəxsən Anara (MI?) verilən 21 mənzilin hüquqsuz və əxlaqsızlığıyla bağlı söz-söhbət indi aktyorlar arasında "ƏXLAQSIZ DÖVLƏTDƏN İKİNCİ DƏFƏ EV ALMAQ-İSTƏMƏKDİR" şəklində sürdürülür.

Təbi ki, zərərdidələrin etirazı anlaşılandı, amma bir neçə dəfə hökumətdən ev almaq əxlaqsızlığın ta kəndisidir, halbu ki, hətta Möhtərəm bu və ya digər şəkildə ev versə belə o mənzili kirayədə, gecəqonduda çürüyən sənət yoldaşına verilməsinin uyğun olacağını pıçıldasan, məsləhət bilsən... normal olanı da budur, MİLLİ-MƏNƏVİ QƏHRƏMANLIQ SAYILACAQ STATUSDAdır.

Bir də Dövlətin hüququ-qanunu, fərdin (indiki söhbətdə sənətçinin) əxlaqı-mənəviyyatı olur.

Belə günlərimizdə Məmməd Arazın iki misrasını xatırlayıram:

-İKİ İTƏ PARA SÜMÜK ATDILAR,

ALABAŞDA, QARABAŞDA NƏ GÜNAH.,-

sizlər də xatırlayırsız, yəqin. M. Araz müxalif deyildi ki...sadəcə olaraq İSTEDADLIYDI. Bizlərdə istedadlı adamlara müxalif deyilir.

100 dəfə demişəm, 101-ci kərə deyim ki, SƏNƏT SİYASƏT ÜSTÜDÜ, TƏRƏFGİR-AZƏRKEŞ OLAMAZ. Həcvlə, mədh eyni şeydi.

Siyasilər Ondan öz mənafeyi xətrinə yararlanmağa çalışsa da. Tərəf olan sənət konyukturaldı; necə ki, bizə şair-yazıçı kimi sırıdılanlar hər iqtidarın sevimli köpəyidir.

Hə, ədalət tərəfdə olmalıdı, adamına, zamanına görə dəyişirsə alverçinin "sənətçi" variantıdır.

-İlham Əliyev Qarabağı azad etdiyindən Azərbaycan tarixində daima qalacaq,-deyirəm,- İqtidara göz qırpırsan,- yanaşmasıyla qarşılaşıram.

-Ədalətsizlik var, xüsusilə, gəlir ədalətsizliyi...uşaqpulu verilməlidir, təqaüdlər artırılmalıdır,-yazıram,-müxalifətsən?-sual dolu baxışlar..

Qayıdaq mənzil bölgüsündəki əxlaqsızlıq, ədalətsizlik məsələsinə..məncə, heç bir Azərbaycan vətəndaşının mənzil problemi olmasın gərək..Çünki əhalinin 10%-nin əlində toplanıb var-dövlət..10 % də yuxarıdakı 10%-dən nəmalanır ala-babat, qalan 80 %=ə yaxının aclığı-səfaləti sabaha olan ümidini tükədib.

Bir də verilən mənzillərin alınıb-verilməsində kimdənsə əxlaq gözləmək sadəlövhlükdür.

ƏDƏBİYYAT, SƏNƏT ADAMININ ƏXLAQSIZLIĞI İSƏ YARADICI-YALAQAÇI OLDUĞUNDAN BAZAR ALVERÇİSİNDƏN DƏ BETƏR OLUR

Hələlik, bura qədər....bir kütlə düşünün ki, bal tutan barmaq yalar, bacarana baş qurban...pozuntulu yanaşmayla böyüyür....

mənzil söhbəti də başqatmaqdan o yana getməyəcək.

İSTEDADLI ADAM ƏXLAQSIZ OLA BİLMƏZ; TƏBLİĞ OLUNUB SADƏCƏ.