Əbülfət Mədətoğlu : - Sükutun süqutu...
Bir günün və bu anın
hakimi oldu sükut...
Bu biçimdə , inanın -
sükut elədi süqut!..
Nə gözlərim sevindi,
nə də dodağım qaçdı...
Ruh sükuta çevrildi,
dözmədi, ürək sancdı!..
İlməsi qaçan xəyal,
axıtdı bənd, bərəni...
Boynu bükülü qoydu -
şehdən ümid dərəni!..
...Bu günün və bu anın
sükut oldu cikgəsi!..
Sınanan, həm sınanın -
çilikləndi hikgəsi...