Fərhad Tapdıqoğlu - Düşüncələr

YAZARLAR 09:10 / 10.08.2026 Baxış sayı: 363

 

Anbaan hər şeydən uzaqlaşa-uzaqlaşa yalnız bir şeyə yaxınlaşırıq.

=

Hər bir insanın həyatda qazandığı ,əldə etdiyi yüksək mövqe strateji yüksəklikdir.

Əgər bu yüksəklikdə strategiyan ümumxalq mənafeyinə xidmət etmək olacaqsa, orda möhkəmlənəcəksən, hətta daha yüksəklərə qalxacaqsan .

Əks halda birbaşa uçuruma yuvarlanacaqsan.

=

Əllərini əməyə,zəhmətə uzatmadığın halda,kiməsə əl uzatmağa məcbursan,məhkumsan.

=

Həyatda elə yaşamışam ki,"nə başımdan basıb burda otur" deyən,nə də qolumdan tutub "burdan dur" deyən olub.

Həmişə,hər yerdə öz yerimi bilmişəm.

=

İnsana göz dağı olan bir şeyin ölçüsünün heç bir əhəmiyyəti yoxdur.

Göz dağı olan dağ boyda da ola bilər,iynə boyda da...

Allah heç kimə göz dağı verməsin.