Əbülfət Mədətoğlu -DEYİRƏM
Ədəbiyyat
21:29 / 08.08.2026
Baxış sayı: 490
Mən qısqanc deyiləm kədərə qarşı
Ona bəh- bəh ilə canım deyirəm !...
məni gecə-gündüz yaxdığın odda -
Səninlə bərabər yanım!- deyirəm
Mən ki keçməmişəm Birin yerinə
Ziyarətgah olan Pirin yerinə
Sən elə dəymisən şirin yerinə -
Donub ürəyimdə qanım!- deyirəm..
Görürəm seyrəlib sağım, həm solum
Boşalıb həm gedən, həm gələn yolum..
Düşübdü yanıma Allah sol qolum -
Hanı qoldan tutan xanım? -deyirəm