Xəyalə Sevil - Saat səhərə yaxın,

Ədəbiyyat 18:23 / 09.08.2026 Baxış sayı: 680

Saat səhərə yaxın,

Gün düşdü damın üstən.

Bir səhər de açıldı

Ötən axşamın üstən.

Bu gün dünəndən qalan

Fikrimin şəri gedir.

Bir az düşüncəliyəm,

O da ki, geri gedir.

Baxdım özümdən başqa

Mənə qalan kimsə yox.

Bu nə pərişanlıqdı?

Dedim, bir gülümsə, yox.

Nə yalan deyim, bir az,

Bir az səni gözlədim.

Gördüm ki, bir xəbər yox,

Durdum, basdım bağrıma

Özümü əzizlədim.