Ağaevli Əli Hacı - YERİDÜ ( Qəzəl)
Ədəbiyyat
10:00 / 09.08.2026
Baxış sayı: 122
Gəl,qoşul canıma canan,bu canım can yeridü
Çəkib həsrət üzünə,sən təki canan yeridü !
Yol çəkir sən tərəfə,əsirdi bu əl-ayağım
Çox da baş ağlın məkanı,ürəyim qan yeridü !
Od vurub nazın ilə,yaxma məni odlara sən
Bil,könül sevgilərə,eşqlərə meydan yeridü !
Açılan hər səhərə,gecənin öz ağrısı var
Üzünün həsrətinə,gözlərim ki,dan yeridü !
Çəkmə o,qaşlarını,kipriyindən ox gələcək
Yaxın gəl Şeyximizə,sən də ona yan,yeridü !