Fərhad Tapdıqoğlu : -Dəm-ir Dəm-irəl

.

YAZARLAR 09:01 / 16.04.2025 Baxış sayı: 784

 

                                                        ( hekayə)

Dəm-ir dəm-irağaclarının birinin altındakı oturacaqda əyləşdi. "Dəm-irağacı" adlı istirahət məkanı idi ora.Bir az aralıda samovar pıqqapıq qaynayırdı.Cavan oğlan yaxınlaşıb , dəm çaynikindəki quru çayın üstünə qaynar su alıb ,dəm almağa qoydu samovarın bacasının üstünə... Xəyal Dəm-iri uzaqlara apardı...

---Bir zamanlar adı kimi idi: dəm-ir kimi möhkəm ,sağlam.Hətta düşünürdü ki,niyə Süleyman Dəm-irəl olur? Əsil dəm-irəl odur: Dəm-ir Dəm-irəl.Dəm-irağacı oduncağı kimi suda batmaz idi Dəm-ir.Dəm-irçi işləyirdi Dəm-ir.Müxtəlif markalı dəm-irləri(poladları) xüsusi sobalara qoyur,qıpqırmızı qızdırır,sonra " cəkiclərin"(molotların) altında " döyüb " ayrı- ayrı ölçülərə, formalara salırdı .Bu işində Dəm-ir elə dəm-ir kimi bərkimişdi...

Sonradan qaynaqçı sənətinə də yiyələndi..Dəm-ir qapı,darvaza və s.düzəldirdi.

Dəm-ir haqqında xeylı məlumatlı idi Dəm-ir.Bilirdi ki,respublikamızda dəm-ir filizi çıxarılır,insan qanında,hemoqlobinlərdə və əzələlərdə dəm-ir var...İnsan tərkibində dəm-ir elementi olan meyvə- tərəvəzlərdən mütləq gündəlik yeməlidirlər...hətta ağaclar da insanlar kimi dəm-ir çatışmazlığı xəstəliyinə tutula bilərlər..

Dəm-ir yeniyetmə vaxtı " ağ dəm-rov" xəstəliyi keçirmişdi.Dəm-ir bilirdi ki," pullu dəm-rov xəstəliyi də var..

Məmməd Arazı xatırladı Dəm-ir:

"İki ömür yolu--

Bir dəm-ir yolu.."....

Yaxşı pul qazanırdı Dəm-ir.Hətta " Dəm-ir banka"

xeyli pul əmanəti də qoymuşdu..

Dəm-ir bilirdi ki,Dəm-ir Gədəbəyli adında,soyadında bir gözəl şair də var.

Dəm-ir şəhərdə əslən Kür-dəm-irdən olan Bəy-dəm-ir adlı birisi ilə dostluq edirdi.Bəy-dəm-ir zurna çalanın, züy ,dəm tutanı,dəm-keşi idi.Hərdən onunla yeyib içirdi, dəm-lənməyi də olurdu.

S.Ə.Şirvanının "Dəm-lər o dəm-lər idi,zaman ol zaman idi" qəzəlini də əzbər bilirdi Dəm-ir..

Dəm-lənəndə "Dəm,dəm ,dəm olmuşam ,

Əhvalı hər-dəm olmuşam"--deyə zümzümə edərdi Dəm-ir...

Dəm-irin qazancı artdıqca dəm-li günlərinin sayı da artırdı."Badə yoldaşı Kür-dəm-irli Bəy-dəm-irlə içmədikləri gün olmazdı..Şəhər yuxudan duranda başı ağrıyar, dəm çaynikindəki köhnə dəm-i başına çəkərdi Dəm-ir...

Beləcə içki aludəçisi oldular Bəy-dəm-irlə Dəm-ir..

Hər ikisi xəstəxanada məcburi müalicəyə göndərildilər....

Dəm-ir Bəy-dəm-irdən aralı düşdü..Dəm-ir içkinin daşını atdı..dəm-irçi- qaynaqçı sənətini də artıq işlədə bilmirdi...Ayrı - ayrı " ot dəm-ləmələri" içirdi..

Bəy-dəm-ir isə son zamanlar dəm-dəm-əki olmuşdu.Danışdıqlarına sahiblik edə bilmirdi...tez- tez fikrini dəyişirdi..Bir müddətdən sonra Dəm-ir eşitdi ki,Bəy-dəm-ir dəm halda ,evində dəm qazından boğulub ölüb...

....Dəm-ir xəyaldan ayrıldı.Çaycıdan ona yarpızlı,

kəklikotulu bir çay dəm-ləyib ,gətirməsini xahiş etdi...

Artıq cənub bölgəsində ,kənddəki evlərində yaşayırdı Dəm-ir.Gecələr istirahət məkanlarının birində mühafizədə işləyirdi.

Vaxtilə dəm-ir kimi canı olan Dəm-ir xeyli arıqlamışdı...

Çox yumşalmışdı Dəm-ir.."Adın nədir ,Daş-dəm-ir,yumşalısan,yumşalı...."

Çayın dəm almasını gözləyən Dəm-irin yadına müəllifinin adını unutduğu bir şeir- bayatı düşdü:

" Taledən var istəmirəm,

Sadə güzəranım ola.

İsti,soyuğa davamlı,

Polad(dəm-ir) kimi canım ola."

Allah köməyin olsun,Dəm-ir!

Biz dəm-ləşib itirdiklərimizi ,ayilanda qaytarmaq istəyirik...

Ancaq bu həmişə mümkün olurmu,Dəm-ir???