Azərbaycanda ZƏLZƏLƏ OLDU

MƏMLƏKƏT 10:10 / 17.04.2025 Baxış sayı: 1585

Aprelin 16-da İsmayıllı stansiyasından 19 kilometr şimalda zəlzələ baş verib.

Yenises.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 22:56-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1 olub.

Zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar ətraf ərazilərdə hiss olunmayıb.