Bəhruz Niftəliyev: - Günaydın ruhum...

Günaydın ruhum,
ən çox məni bilən tərəfim!
Yolun açıq olsun,
ən çox mənə gələn tərəfi...
Bir ovuc xoşbəxlikdir,
gözlərinin gülən tərəfi.
Gerçək olan duamsan,
Tanrının da görən tərəfi.
Duya bildim, döyə bildim qapını,
Necə aydın, necə açdın qəlbini,
Demədiyin, bilmədiyim qaldımı,
Mənimdi ağlının güvən tərəfi...
Bu bəyaz ürəyin işığı sənsən,
Bu ayaz gecənin sonu ayrılıq.
Yol da qət edərik, dağ da aşarıq,
Nolsun hər döngənin önü ayrılıq.
Gör nə bildim, gülə bildim günəşə,
Yalnız Aydım gələ bildim günəşə,
Dönə bildim, çevrildimmi atəşə?
Mən işığam, sən aşiqsən - aydınlıq!
21:04.25