Lilpar Cəmşidqızı : - RÜBAİLƏR (Əxrəb şəcərəsi)

Ədəbiyyat 08:25 / 21.04.2025 Baxış sayı: 615

 

 

· 

 

Məf'Ulün məfA'İlün məf'Ulü fə'

+++

Bilmirdim, sənin ruhun çoxdan ölüb,

Bir dəryanı bəhrindən hicran bölüb.

Düşməz eşqə zalım, gülməz bir də can,

Sevdamız əyib boynun, çox köhnəlib.

+++

Ey insan, nə istərsən, Canan verər,

Bil, dərmanə möhtacsan, Loğman verər.

Eşqindən əgər dönsən, ömrün bitər,

Aşiqlər ölər, canın qurban verər.

+++

Dünya bir qəfəsdir, insan can çəkir,

Göydən sallanıb Yer, ümman can çəkir.

Allah bəndəsindən cismim almayır,

Bir ruhun əlindən ünvan can çəkir.

+++

Gəlmirsən, bu canım həsrət gözləyir,

Ömrün bəhrəsindən möhnət gözləyir.

Çox illər keçibdir, ay ömrüm, günüm,

Köhnəlmir bu ruhum, qismət gözləyir.

+++

Bir yandan deyirsən, sənsiz ölmərəm,

Canandan alıb can, mən can bölmərəm.

Bilmirsən, vəfasız vüslət görməmiş?

Dərgahın yolundan dönsəm, gəlmərəm.