Sevinc Qərib : - DARIX

Ədəbiyyat 19:10 / 20.04.2025 Baxış sayı: 841

 

Tutub özümün əlindən

gedəcəyəm buralardan.

Qoy bu şəhər mənsiz

qalsın.

Bir az ağlasın arxamca,

bir az darıxsın.

Yerim görünsün

o tanış küçədə.

İz qoyduğum o yollar da,

yaşadığım məhəllə də

həsrətimi çəksin bir az.

Evimiz də dörd gözüylə

elə hey məni axtarsın,

anam adımı çağırsın,

atam yollara boylansın

sən də darıx...darıx mənsiz

bəlkə yollar geri gələ...