Adil Şirin- Dünya qanın içində,

Dünya qanın içində,
Mən zamanın içində,
Ruh da canın içində...
Hər insanın içində,
Gizli dəfinə yatır.
Su tək axıb duruldum,
Aya baxıb qovruldum,
Rüzgarlarda sovruldum.
Bir gözələ vuruldum,
Hicran mənə naz satır.
Sevdan ruhumu sarıb.
Hicran canımı yorub.
Ölüm saatın qurub,
Fələk pusquda durub,
Şeir başımı qatır...