Əbülfət Mədətoğlu  - GÜZGÜDƏKİ ÖZÜM...

Ədəbiyyat 21:26 / 20.04.2025 Baxış sayı: 1625

 

Sükutun qollarının

Susuram arasında ...

Bu ömür yollarının

Sonuncu parasında -

təkəm...

 

Var olmağım xatamı?-

Göynəyir hər an ürək...

Mən dünənin adamı

Yükümü özüm gərək -

çəkəm...

 

 

 

Əsir ruhun çənəsi -

Yayda da bir qış varmış!..

Bilən bilir, sinəsi

Hər üzünə xışlanmış -

ləkəm...

 

Ümid qoy olsun sonu

Dilinə bal qatasan ...

Qaldırıb telefonu

İlıq bir səs atasan -

bəlkəm!..