Binəqədidəki yanğında 5 maşın kül olub - RƏSMİ

MƏMLƏKƏT 21:33 / 20.04.2025 Baxış sayı: 1663

Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğında həyətdə olan maşınlar da yanıb. 

Yenises.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 1600kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış “TOYOTA”, “MERCEDES”, “VAZ-2107” və “HYUNDAİ” markalı minik avtomobillərinin yanar hissələri və “OPEL” markalı minik avtomobilinin dam hissəsi yanıb.