Faiq Balabəyli : - Diləyim...

Ədəbiyyat 22:08 / 15.06.2024 Baxış sayı: 1009

Xəmirim qəmdən yoğrulub

günüm sac üstə qovrulub

Xəlbirim göydə sovrulub

yerdə ələnib ələyim.

 

Əl elədi uşaqlığım

əlləri qaldı havada

Hicran adlı bu yuvada

çin olmaz arzum, diləyim.

 

Düşməməkçün qəm toruna

gəzdim qoruna-qoruna

Məni də apar göruna

atam, səndən nə diləyim.

 

Fələk, yaman doyuzdurdun

qəmlə sevinc aclarını.

Anam, yolma saçlarını

qırılar, qırılan kürəyim…

1992