Əşrəf Veysəlli  : - VƏTƏN

Ədəbiyyat 09:32 / 10.11.2024 Baxış sayı: 540

 

 

Babalardan bəxş olunan,

Hamımıza çatan Vətən.

Qəlbimizə nəqş olunan,

Dilimizdə bitən Vətən.

 

Bulud örtsə haləsini,

Yel qurutsa jaləsini

Neçə şəhid balasını

Bir həb kimi atan Vətən.

 

Hərdən xırda- xuruşlara,

Hərdən qəpik- quruşlara

Hərdən qanlı vuruşlara

Başımızı qatan Vətən.

 

Yoxuşlanan, enişlənən,

Dilimizdə ən işlənən?

Qoruduqca genişlənən,

İtirdikcə itən Vətən.

 

Bu Ərgünəş, o Çaldıran

Döyüşdə cəngi çaldıran,

Bizi dağlara qaldıran,

Qayalardan atan Vətən.

 

Yaltaqlara yaraq verməz,

Qorxaqlara bayraq vetməz.

Ölmyincə torpaq verməz

VƏTƏN! VƏTƏN!