Ələsgər ƏLİOĞLU : - CƏBHƏDƏ QALAN ƏL

YAZARLAR 20:12 / 04.09.2024 Baxış sayı: 920

B A L A L A R A H Ə D İ Y Y Ə

(Hekayə)

Cəbhədə sağ qolunu itirən Əzəmət ordudan tərxis olunduqdan sonra evə döndü. İlk görüşüb-öpüşdüyü də üç yaşlı qızı Dəniz oldu.Tezliklə qohum-qonşular da yığışıb onunla görüşə gəldilər...

Günlərin birində Dəniz atasından soruşdu:

-Ata niyə məni bir əlinlə qucaqlayırsan?Axı həmişə ikiəlli qucaqlayardın... Bəs o biri əlin hanı? Belə heç xoşuma gəlmir...

Əzəmət kövrəlsə də özünü bir təhər ələ alıb qızına cavab verdi:

- O biri əlim cəbhədədir, qızım!..

-Niyə cəbhədə qoyub gəlmisən?

-Düşmənlərə qarşı döyüşür...

-Bəs haçan gələcək?

-Müharibə qurtaranda!..

Dəniz hər gün arzulayırdı ki, müharibə tez qurtarsın və atası da onu hər gün cüt əllə qucaqlasın!..

13.09.2023