Əbülfət Mədətoğlu  : - TƏNHA KİŞİ...

Ədəbiyyat 08:15 / 29.09.2022 Baxış sayı: 1244

 

Dərdinin başı ağrıyır,

Həkimsiz. dərmansız yerdə...

Bir tənha kişi ağlıyır -

Seçdiyi fərmansız yerdə...

 

Söykənib nimdaş qübara

Ömrünü ələyir səssiz...

Gözünü sancıb divara -

Onu da . bələyir səssiz...

 

Hər anın hökmü qaçılmaz,

Bulud yüz yerdən sökülür...

Onunçün sabah açılmaz -

Göylərin əti tökülür...

 

Telində quruyan sığal,

Üzündə mamırdı öpüş...

Neyləsin bu bəxti cığal ,-

Ən şirin tamırdı öpüş!

 

Ağrılı dişin hovuran

Ümidin tay yuyub, sərir...

Özün xəlbirsiz sovuran -

Bir kişi xatirə dərir...