COVID-19-dan    ölən  yoxdu

Sağlamlıq 19:10 / 03.12.2022 Baxış sayı: 1733

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenises.az-a verilən məlumata görə, son sutkada xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 211 nəfər müalicə olunaraq sağalıb, hazırda 258 aktiv xəstə var. Bu günə qədər 9983 nəfər vəfat edib

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1678, ümumilikdə isə 7 380 526 test icra olunub.