Azərbaycanlı jurnalist Kiyevdə VƏFAT ETDİ 

Sağlamlıq 09:26 / 29.03.2024 Baxış sayı: 887

Kiyevdə yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib.

Yenises.az xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkələrdə məlumat paylaşıb.

Məlumata görə, İdrak Camalbəyli ürəktutmasından vəfat edib.

"Amerikanın səsi" radiosunun əməkdaşı olan İdrak Camalbəyli bir neçə müddətdir Ukraynada  yaşayırdı.