Fərhad Tapdıqoğlu  -  Düşüncələr

Gündəm 10:41 / 13.07.2026 Baxış sayı: 372

Yaradan gözünüzü açıq eləsin.

 

Getdiyimiz yolun sonu şübhəsiz ki,sonsuzluqdur .

İstəklər ,arzular cismimizin şah damarıdır.

Ürəyi yaşadan da bəlkə bu ali missiyadır.

Yaradan gözünüzü açıq eləsin !

Yaşıl xəttlərin sahibi olasınız!.

Dünyanın rənginin də,həyatın ahənginin də arzu və istəklərimizlə üst-üstə düşməsini arzulayıram.

=

Bir könlü ovutmaq,ələ almaq üçün mütləq bir könül gərəkdir .

Hər könül həyatda öz istəyini tapsın .

Hər kəsə Həcc ziyarətinə bərabər tutulan könül xoşluğu arzu edirəm.

Həmişə könlünüz gülsün!

Ulu Tanrı hər birimizi xöşbəxt edən məqamlara tuş gətirsin !

=

Ürəyin damarlarını da dəyişirlər,stend də qoyurlar,klapanlarını da dəyişirlər .

Amma ürəkdə olan nə sevgini ,nə də nifrəti dəyişdirə bilmirlər.

Arzumdur,ürəklər sevgi ocağı olsunlar!

Heç bir ürəyə nifrət yol açmasın!

Ürəklərinizi qoruyun ,dostlar!

=

İnsanlar arasında bir-birinə hörmət,diqqət,səmimiyyət olmalıdır.O zaman sevgi də olar.

Əgər səndən qorxurlarsa ,yaxud sən də qorxursansa,sevgidən,məhəbbətdən söhbət gedə bilməz.

Qorxu varsa ,deməli sevgi yoxdur!

=

Surətpərəst olmaq sevən kəsin cəhalətinin sübutudur.

Əgər öz sevgində kamil olmaq istəyirsənsə,zahiri gözəlliyin vurğunu olmamalısan ,surətpərəstlikdən uzaq durmalısan!

Mənəvi ,daxili gözəlliyə daha çox önəm verilməlidir.