SÜLEYMAN ABDULLADAN  İKİ  ŞEİR

Ədəbiyyat 10:10 / 23.07.2026 Baxış sayı: 467

YOL VƏ ADAMI

Ya qara sis, ya qatı çən

Zülmətləri yarıb qala.

Biri var çıxıb gedəsən,

Biri də var varıb qala.

 

Kimdi sayan yaxın belə,

Qaçdı yaxın-uzaq məndən.

Gileylidir bəlkə elə,

O dağ səndən, bu bağ məndən.

 

Yol gərək yol ola, adam,

Ya çınqıl, ya da qır yolu.

Bir çınqılıq atəşdi şam

Yarıda qırılır yolu...

 

Mənim havam heç kimdə yox,

Kimdi tapan yolda kamı?!

Əlim çatmır, səsim də yox,

Varıb getdi yol adamı.

BİR ATƏŞLİK İSTİ

Şöləsi var, atəşi var, amma ki,

Cana düşməz "gəl bəri"nin istisi.

Özü çatar, közü çatar, amma ki,

Mənə çatmaz əllərinin istisi.

 

O qara daş küldə kimi andırır,

Yanğı nədir, - qanmayanı qandırır.

Bəzən olur buz da sinə yandırır,

Gah sazağın, gah sərinin istisi...

 

Bu alova kimsə çətin dözərdi,

Biri vardı gənc canımı üzərdi.

Yalan imiş ən üzdəki közərti,

Şölə saçır ən dərinin istisi...