Əlizadə Nuri - Bir ölüm var, üzür hələ ömürdə

Ədəbiyyat 13:23 / 23.07.2026 Baxış sayı: 369

 

Hansı gülün canındasan, bilmirəm,

Bəlkə mənim yanımdasan?- bilmirəm.

Uzaqdasan, yaxındasan bilmirəm-

Uzaqları yaxınlara qov gətir.

 

Alan yoxdu- sözü baha qoymuşam,

Bir işimi yüz sabaha qoymuşam...

Ürəyimi nişangaha qoymuşam-

Sən də bu gün evinizə ov gətir.

 

Qadan alım, daha keçib səbirdən,

Belə yumşaq yapışma sən dəmirdən.

Bir ölüm var, üzür hələ ömürdə-

Bu ölümü tutmağa tilov gətir..