Xəyalə Sevil - Əsas ayrılıqdı, sən onu qoru...

Ədəbiyyat 09:33 / 23.07.2026 Baxış sayı: 420

Əsas ayrılıqdı, sən onu qoru,

Hayana dönsək də ona çıxmışıq.

Gör bir əvvəlimiz harda başladı,

Gör bir necə gəlib sona çıxmışıq?

 

Bir az uzun çəkdi bu hal, neyləyək?

Mənə cəzamısan, mükafatmısan?

Ağlımın, fikrimin oyaq vaxtında

Mənim ürəyimə necə yatmısan?

 

Anladım, hər şeyi anladım tamam,

Nə yoxsa yoxdu heç, nə var səndə var.

Şükür, ayrılığın dadını gördüm,

Hələ sevgi nədi, bilməyən də var.