Bəhram Bilaloğlu- Sən gecənin ətiri...
Ədəbiyyat
10:00 / 23.07.2026
Baxış sayı: 2235
Sən gecənin ətiri,
Mən sübhün azanıyam.
İlahinin əmrini
Qəlblərə yazanıyam.
Əlifdən mimə qədər
Hecalanır sözlərim.
Yerdən göyə ucalır
Bəxş etdiyi gözlərim.
Gözüm maha boylanır,
Fikirlərim dincəlir.
Fikirlərin içində
Sevgilər də incəlir.
Məhəbbətə üz alan
Mənim sirdaşlarımdı.
Kimlərin qəlbi pakdı,
Mənim yardaşlarımdı.