Aydın Quliyev  mükafatlandırıldı

MƏDƏNİYYƏT 12:19 / 18.07.2025 Baxış sayı: 1954

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik edib:

İyulun 18-də MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin 65 yaşı tamam olur. Bildirilib ki, A.Quliyev həm jurnalist, həm də ictimai xadim kimi ölkəmizin ictimai həyatının zənginləşməsinə mühüm töhfələr verib. Onun müstəqil medianın formalaşmasında əməyi böyükdür.

Qurucusu olduğu “Bakı xəbər” qəzeti də müstəqil medianın ön sıralarında yer alan peşəkar yaradıcılıq nümunəsidir. Belə bir nümunənin meydanda olması, rəqabətə davamlılığı A.Quliyevin jurnalistikaya hədsiz bağlılığının, təşəbbüskarlığının, yüksək təşkilatçılığının və prinsipiallığının nəticəsidir. R.Məcid bütün bunların əsas götürülərək, A.Quliyevin MŞ-nin diplomuna layiq görüldüyünü bildirib və diplom plaketini yubilyara təqdim edib.

Sonda Aydın Quliyev xoş sözlərə və fəaliyyətinə verilən yüksək dəyərə görə həmkarlarına təşəkkürünü bildirib.