Arzu   Ada - ELCİLİK .

YAZARLAR 12:46 / 02.10.2025 Baxış sayı: 3841

 

....

...Kəndin cayxanasının qarşısında oturmuş adamlar uzaqdan gələn atlını görüb pür diqqət gələn adama baxdılar

Bu kəndin adamına oxşamırdı

Gələn adam 50 ..55 yaşlı.. saglam .ucaboy biri idi

Dag adamına oxşayırdı

Bu məkana yaxınlaşan atlı bir az aralı atı uzaqda saxlar.. yüyəni qoltuğuna vurub yaxına gələrdi

Adət belə idi .

Gələn atlı isə az qala atını adamların boyu bərabəri saxlayıb atdan endi

.. Salamün əlöyküm

Caycı Qadirdn başqa kimsə gələnin salamını almadı .

.. Bu kənddə Sabir kişinin evi hansıdır .

Sabir kişi kəndin ən baməzə adamlarından idi

Hamı onun söhbət və zarafatından öz nəsibini almışdı .

Qalmışdı qonşu kəndlər )

Sabir kişinin işi bag bostan ..qarpız becərmək idi

Beş gün əvvəl bir kamaz dolu maşını doldurub 3 ..4 kənd o yana satmaq ücün aparmışdı

Gecəyə düşdüyündən həmin kənddə bu gələn aadamın evində gecələməli olmuşdu .

Allah sən xeyrə cala görəsən o adam indi Sabiri niyə axtarsın ki ..

Burada nəsə var .

Qadir Əli ilə yaxındakı evlərdən birini göstərib

. Sabirin evi odur ...deyib yaxındakı evi göstərdi Amma Sabir indi evdə yoxdur səhər tezdən bir kamaz dolu maşına beş altı ton qarpız yükləyib harasa getdi .

Gələn atlı canlının isti münasibətindən ürəklənib yavaşca .

. Qardaş məsələ belədir ki mən 10 ilin duluyam.

Sabir kişi bu barədə mənə kömək edəcəyini bizdə qalanda söz verib

Beş kənd adlayıb bu məsələdən ötrü bura at sürmüşəm .

İndi mən onu necə tapım görəsən

Telefon nömrəsini də vermədi ki zəng eləyim .

Dedi mən telefon zad işlətmirəm .

Qadir o dəqiqə məsələnin nəsə əndrabadi oldugunu anlamışdı

. .Necə telefonu yoxdu ?

Ayaqqabı alıb dəyişər kimi telefon dəyişir Sabir . ürəyində fikirləşdi caycı ..

Özü də üc dörd aydan bir telefonun nömrəsini dəyişən bu Sabir deyilmi ..ürəyində Sabiri söyməyə başladı

P.s.

Bakselin ...Azərselin xidməti burnundan gəlsin .

Ay vələdüzna ..yenə nə qaynatmısan ...deyib yoldan kecən uşağaı səslədi

...Ayə. get gör Sabir kişinin oğlunu bura cagır ..ya da telefon nömrəsini al bura gətir

On dəqiqə keçməmiş həmin uşaq əlində bir kicik kağız parçası ilə geri döndü

Caycı kağızı alıb üstündə yazılan nömrəni yığmağa başladı

Bir dəqiqə keçməmiş telefonun o ucunda Sabirin kobud səsi eşidildi

...Hə . nə olub ?

. .Heşş zad..

Qonşu kənddən biri səni axtarır

Telin o tərəfində bir necə saniyəliyinə səssizlik oldu

Handan-hana Sabirin səsi gəldi

Ə o bizim uşağı cagır onu Yetim Qurbanın bacısı Güllünün evinə aparsın

Da dalı mənlik deyil ...deyib telefonu söndürdü.

Necə dəfə təkrar yıgdılarsa acan olmadı .

Caycı əlacsız qalıb cayxananı ogluna tapşırıb

. Gəl mənimlə gedək ..deyib kəndin ici ilə irəliləməyə başladı

Ürəyində ən azı 10 dəfə Sabirin əhvalına salavat cevirməyi unutmadı da

Gəl qardaş ..gedək görək

Güllü nənənin evi bir az irəlidədir.

Qonaq nənə sözünün fərqində oldu ya yox onu deyə bilmərəm (cox güman ki oldu)) .

Amma ümüd sonda ölür və ümüd sonda da öləcək p.s

Güllünün həyətinə girəndə ..)

İndi atlı ilə caycını biz də müşayət edək

Əlac nə ..

Caycı Qadir taxta qapılı evin qarşısında dayanıb

Ay.Güllü nənə ...qonağın var .deyib səsləndi

Həyət bacanı kol kos basdıgından evdən cıxan qoca arvad cəliyinə söykənə söykənə irəli yeriyəndə gələn qongın gözü kəlləsinə cıxdı

Qarşısında üst başından kasıbçılıq yagan 95 yaşlı qarı dayanmışdı

Son.