Ələddin Əzimli - TRAMVAY, TROLLEYBUS VƏ BİZ
Ədəbiyyat
12:29 / 28.04.2026
Baxış sayı: 206
Tramvay
relsləri də getdi,
trolleybus
xətləri də.
Sən də getdin,
tək, mənsiz.
Amma,
heç nə dəyişmədi.
Gedənlər,
gələnlər rastlaşıb görüşmədi.
Nəinki
bir-birinə əl verə,
heç qovuşa bilmədilər.
Deyəsən,
hələ çox şeylər dəyişəcək.
Elə-belə,
ortadan, gözdən itəcək...