Ağamir  Cavad -  ULAYIR

Ədəbiyyat 17:01 / 07.08.2026 Baxış sayı: 547

ULAYIR

Qudurmuş bu küçə iti,

Sağı görmür, sol ulayır.

Gah sakit inləyir, hürür,

Gah atır əl-qol, ulayır.

Bozdu qəlbi, bozdu üzü,

Baxıb əyri görür düzü.

Nəfsi acdı, duymur gözü,

Hey tökürəm yal, ulayır.

 

Çənə düşüb boş yerinə,

Göz çıxarır qaş yerinə.

Böhtan atır diş yerinə,

Vurur qəlbə xal, ulayır.

 

Həsəd çəkir hər anıma,

Yaman hərisdir qanıma.

Baxıb ömür karvanıma

Salıb qeylü-qal, ulayır.

 

Qurub fitnə-kələk, hürür,

Tökür ağzı köpük, hürür.

Bilməyirsən köpək hürür,

Yoxsa ki, çaqqal ula