Şövkət Zərin Horovlu - Demirəm sözüm ölür
Ədəbiyyat
13:45 / 08.08.2026
Baxış sayı: 607
Ümidimin qatarı
gedə bilmir düzünə,
Getdiyim dağ yoludur
Qar əlınib izimə,
İçimdə tənhalığım
sevgim də Tanrımındır,
Ürəyimdə qalan yer
susan arzularındır.
Mən özümü yazıram
sözlərim haqdan gəlir,
Tanrının taxtı uca
baxdıqca göz dincəlir.
Dərd ağacım bar verir,
dərirəm dözüm ölür,
“Deyirəm öldürürlər”
demirəm sözüm ölür.
1995