Xatirə Rəhimbəyli -  Tanrımla aramda dayanan bulud

Ədəbiyyat 18:55 / 07.08.2026 Baxış sayı: 542

 

Bir az taleyimə kölgə salırsan ,

Bir az işlərimi bərkə salırsan.

Çiynimi çox ağır yükə salırsan ,

Tanrımla aramda dayanan bulud .

 

Bəxtçün özgəymişəm ,yad övladmışam ,

O sevdıyım haqqa haçan çatmışam ?

Sən göy qübbəsisən ,mən Atlantmışam ,

Tanrımla aramda dayanan bulud .

 

Saflıq savaşında tənhayam ,təkəm ,

Qəm mənim yükümdü, mən qəmə yükəm .

Kölgəndə tükəndim ,yağ ,sən də tükən ,

Tanrımla aramda dayanan bulud .