Ağaevli Əli Hacı -  Ölməyə vaxt qoydun həkim

Ədəbiyyat 17:41 / 07.08.2026 Baxış sayı: 550

Ölməyə vaxt qoydun həkim,

Ölüm,sənin əlindədir ?!

Mənim ki,ölüb qalmağım

Gülüm,sənin əlindədir !

 

Qov dünyamı,gəl dara çək

Oddan suya gəl,ara çək !

Sovur başına çarə tək,

Külüm,sənin əlindədir !

 

Olub köz-köz yaşamağım-

olubikən olmamağım !

Qalıb söz-söz yaşamağım,

Dilim,sənin əlindədir !

 

Nə var ki,adam olmağa

Mən,qul olum,sən ol ağa !

Qələm ollam,tale yazmağ

Bilim,sənin əlindədir !

Bu,dünyadan mən də keçdim,

İlahi ! Mən,dən-dən keçdim !

Mən,səninlə vaxt keçirtdim

Ölüm,sənin əlindədir !