Afiq Muxtaroğlu - Yıxılsan qolundan tutan tapılmır...

Gündəm 16:54 / 07.11.2024 Baxış sayı: 2121

***

Yıxılsan qolundan tutan tapılmır,

Özünü yorursan itən tapılmır,

Ocağı çatırsan kündən yapılmır,

Yanğın onda çıxır, yax onda çıxır.

 

Dərdin dildən iti, əldən zirəksə,

Ünün ərşə bülənd, göyə dirəksə,

Ümidinə cavab – qismət, görəksə,

İşin pis tərəfi bax onda çıxır.

 

Ömrünə dərdlərin yeli toxunsa,

Kədər ələ salsa, gülüb taxınsa,

Əyninə dərd adlı bəylik toxunsa,

Toy onda çalınır, şax onda çıxır.

1 noyabr 2024-cü il