Rafail Inceyurd - Deyiləm...

***
Başıma açılan oyun,
Mən sənin yiyən deyiləm.
İtin-qurdun qabağından
üz vurma, yiyən deyiləm.
Tanış gəlmir, bunlar tanış,
Sevməzlərim der ki, danış.
MƏN olan mənə varmamış
özümü öyən deyiləm.
Sevgisizlər pusar olsa,
Çörü-çöpü hasar olsa,
Saz sinəmdə susar olsa,
Sinəmə döyən deyiləm.
...Yol ver xoşa gələnlərə,
“Yox” de boşa gələnlərə.
Ya haqq, başa gələnlərə
başımı əyən deyiləm.
19.04.25