Əbülfət Mədətoğlu - Unutmadığım günün ŞERİ

Ədəbiyyat 10:04 / 06.05.2025 Baxış sayı: 3209

Çox  dəyərli  DOSTUM  Ruslan həkimə MİNNƏTDARLIQLA

 

Ürəyi özündən böyük olan dost

Süfrənin özü də özəldi sənin

Nə arzu demirəm , nə də ki mən tost

Dünyanın özü də özəldi sənin!

 

 

Allah qarşısında, dost cərgəsində

Məramın, əməlin , diqqətin xoşdu...

Səninçün bu həyat silsiləsində -

Adam birincidi, qalansa boşdu!

 

Ürək açıq lığın, fikir saflığın

Kişi bütövlüyün yumruq edibdi.

Məntiq bünövrəli , söz saflığın

Hər yerə səninlə birgə gedibdi.

 

Ömrün bu çağında, sabit , təmkinli

Oğul və bir də ki, ata adın var.

Müdrüklük yaş ilə təsdiqlənmir ki,

Sənin müdrüklər tək öz həyatın var!

 

Zaman dəyirmanı işindən qalmır

Hər cür məqmlara öyrədir bizi...

Ürək verdiyini, əl geri almır -

Səssiz ötən illər kövrəldir bizi...