Lənkəranlı  Söz  adamları Ulu  Öndərdən  danışdılar

MƏDƏNİYYƏT 12:57 / 11.05.2025 Baxış sayı: 2106

Dünən , yəni  10 may 2025-ci il tarixdə AYB Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "H.Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda tədbir keçirildi.

Tədbirdə bölgə yazarları və ziyalılar iştirak etdilər. Sğz  adamlarının  anım  tədbirini  AYB Lənkəran Bölməsinin  sədri  yazıçı-publisist  Qafar  Cəfərli  açaraq  Ulu  öndərinn fəaliyyəti  və  xidmətləri  barədə  düşüncələrini  bölüşmüş, Heydər Əliyevin  ölkə  rəhbəri  ilduğu  illərdəki  çətinliklərdən  necə  keçildiyini  söyləmişdi. 

Çıxış  edən  söz   adamları da  ürək  sözlərini  söləmiş, əbədiyaşar  öndərimizə  həsr  etdikləri  bədii  nümunələri  səsləndirmişdilər.

Ümumiyyətlə  bu  anım tədbirində Ümumilli Liderin ölkə tarixində gördüyü işlərdən söhbət açılmış,  onun mədəniyyətimizin,  xüsüsən ədəbiyyatımızın inkişafındakı mohtəşəm rolu qeyd olunmuşdu.

Tədbirin sonunda iştirakçılar  H.Əliyevin Lənkəran şəhər mərkəzində olan abidəsi qarşısına gül  dəstələri  qoymuş  və  xatirə şəkli çəkdiriblər.

 

133Siz, Meyxoş Abdullah, Elman Eldaroğlu və başqa 130 nəfər