Xatirə Rəhimbəyli : - Düşürəm

Ədəbiyyat 08:57 / 12.05.2025 Baxış sayı: 1089

Mən bir azca astagələm,dözmürəm,

Bu sürətə,aman,saxla,düşürəm.

Gördüm, oyun-oyuncaqdı bu dünya,

Oynamıram...zamam,saxla,düşürəm.

 

Hökm gəlib göyün yeddi qatından,

Adın çıxıb ürəyimin çatından.

İtələnib səadətin atından

Yaxalaşıb haq-nahaqla düşürəm.

 

Zalım gözü yaş görməyən dünyada,

Belə,yaxşı iş iş görməyən dünyada...

Bu göz-gözü heç görməyən dünyada

Hökm eyləyən duman,saxla , düşürəm.

 

Bir-birinin ətin didir ölkələr,

Körpələrin qanın içir kölgələr...

Yordu məni bu "görəklər,bəlkələr"

Doğrulmayan güman,saxla,düşürəm...