Ağaevli Əli Hacı : - Minmişəm özgə atına...

Ədəbiyyat 20:16 / 11.05.2025 Baxış sayı: 1156

Minmişəm özgə atına,

gözümə alıb ölümü !

Tərgində getdiyim dünya,

təpikləyir ürəyimi !

 

Yolun düşsə bu tərəfə,

öz əlindən tut bu dəfə !

Yetəmmədim yol-hədəfə,

gün yandırdı diləyimi !

 

Bu ömürdə yarı çıxdı,

göy kişnəyib yerə yıxdı !

Söz ağzımdan quru çıxdı,

təndir yedi çörəyimi !

 

Boğazımda vaxt tikəsi,

vaxt qalmadı taxt tikəsi !

Yaxasın uzaq çəkəsi,

uzaq bildim Fələyimi !

 

Ömrü sözlə darayıram,

sözü odla arayıram !

Ağdan qara ayırıram

oğlum,gətir ələyimi !