Kəmalə Abiyeva : - BACARSAYDIM

Saçlarımı yollarına sərərdim,
ayaqların inciməsin, ay ana.
Nəfəsimi küləklərə qatardım,
yanaqların inciməsin, ay ana.
Ay-ay, il-il doğranardım
mən ömrünə calanardım.
Saçlarının ağına
gözlərimin qarasını cəkərdim.
üzündəki qırışları
ürəyimin yanğısına bükərdim
bacarsaydım, ay ana.
Günlərimi bələdiyin, Yollarıma ələdiyin
Qayğının bir damlasına dönərdim,
bacarsaydım, ay ana.
dünya özu bircə damla
bil, qayğına dönərdi
bacarsaydı, ay ana,
bacarsaydı, ay ana...