Fərhad Tapdıqoğlu : - Qal- a

Adı Qal-abəyim idi.Amma hamı ona Qal-a deyirdi.Qal-a qal-ada dünyaya göz açmışdı.Qal-a,yəni Şuşa qal-ası .Eşitmişdi ki,başqa məkanlarda da onlara " qal-alı" deyirlər.Mənasını bilmədiyi belə deyimlər də eşitmişdi: " Başa düşdüm ki,qal-alısan." yaxud "o dəqiqə bilinir ki,qal-alısan"...
Qal-a doğma Şuşa şəhərindən qaçqın düşəndə hələ məktəbə getmirdi.
Bakının Qal-a kəndində məskunlaşdılar,orda yaşadılar,orda qal-dılar..
Qal-a orta məktəbdə oxuyanda " Qız qal-asına" da getdi," Qal-aaltına," Çıraq-qal-aya" da,Şəkidəki " Gələrsən,görərsən" qal-asına da...Çox qal-aları gəzdi ,gördü Qal-a.
"Qal-a" muzeyini də gəzdi,"Qal-a" əyləncə parkında da oldu,valideynləri ilə oradakı " Qal-a park" restoranında şam yeməyi də yedi,İçərişəhərdə qal-a divarlarına da baxdı...
Beləcə böyüdü Qal-a...Qal-ib adlı bir oğlan onun qəlbinə yol tapdı,qal-ıb oldu.Ailə qurdular.
Qal-aya bənzər bir evləri vardı Qal-a ilə Qal-ibin..Qal-a ev işlərində çox zirək idi..Çırpı yığıb ocaq da qal-aya bilirdi,təndir də..İldə iki dəfə dörd bala verən Qal-a qoyunları da vardı Qal-a ilə Qal-ibin.. Kənd yeri olduğundan yağışda,palçıqda qal-oş da geyirdi Qal-a.. Dəfələrlə qulaq assa da M.Müşviqin sözlərinə yazılmış " Sən Müşviqin yanında qal-ginən sənə qurban " və Bəhram Nəsibovun " Qal sənə qurban" mahnılarını dinləməkdən doymurd... " Qal-anın dibində bir quş olaydım" xalq mahnısını da zümzümə edirdi...
Qal-a ilə Qal-ib,Qal-a qrupunun konsertinə də baxmışdılar, " Qal-a konsertlərə də"..
Qal-a ilə Qal-ib Qal-a kəndində çoxlarına nümunə olan bir ailə idilər...
Bir dəfə Qal-ib işləri ilə əlaqədar rayonların birinə ezam olunmuşdu.Qal-ib mühəndis idi,inşaatçı - mühəndis..Mühəndisi olduğu binalar qal-a kimi idi: gözəl,möhkəm...
Darıxırdı Qal-a...Yadına bir xalq bayatısı düşür.:
"Bu qal-a,daşlı qal-a,
Çınqıllı ,daşlı qal-a.
Qorxuram yar gəlməyə ,
Gözlərim yaşlı qal-a ..."
Yoox,Qal-ib gəldi.Gözləri yaşlı qal-madı Qal-anın..
Qal-ib Qal-aya qal-alar haqqında və həm də" qal-a" sözü haqqında çox danışmışdı.: "Məsələn, Qal-a sığorta vardı,qal-aktika,..Musiqiçilər manata,pula " qal-a " deyirlər.1manat,yəni 1 qal-a..100 manat,yəni 100 qal-a..
Bir işi yarıtmayan,işə yaramayan adamlar ,iş görmək istəməyənlər barəsində deyirdilər:
" Ona iş tapşıracaqsınlz,xeyri yox, onsuz da "qal oğlu qal-dır."..
Qal-a Qal-ibin sayəsində çox məlumatlanmışdı ...Qal-ibin ona danışdıqları hamısı yadında qalmışdı Qal-anın...
Qal-ib ona dostunun yazdığı bir neçə bayatı da söyləmişdi:
" Dağ başı qal-a yeri,
Çalışıb ala yeri.
Gördün mərdimazar var,
Ocaq çat,qal-a yeri..
Dağda var qal-a yeri,
Bacaran ala yeri.
Aldın,əlindən çıxdı?
Onda get,yala yeri..
Almısan qal-a yeri,
Bəsdir,az tala yeri.
Beləsini döyəsən,
Bədəndə qal-a yeri..
Qal-a kəndində bir xoşbəxt cütlük yaşayır,qal-ır...İki gözəl balaları var Qal-ib ilə Qal-anın..Yadımda qal-anları yazdım Sizə..
Yazdım ki,özüm qal-masam da, Qal-a və kökü " qal" la başlayan sözlər haqqında bu kiçik yazım yadda qal-a...