Fərhad Tapdıqoğlu : - Çırp-dı

YAZARLAR 13:00 / 12.05.2025 Baxış sayı: 1150

 

                                                  (hekayə)

Fuad anasına kömək eləyib,yorğan - döşəyi,xalça- palazı günə vermək üçün bayıra daşıdı.Sonra anasının tapşırığı ilə xeyli çır- çırp-ı topladı.Həyətlərindən bir az sütül qarğıdalı yığdı.

Artıq gün qızmağa başlayırdı.

Anası yorğan- döşəklərı,xalça- palazları çırp-mağa başlamışdı.

Fuad öyə ( evə ) girib ,televizorun düyməsini basdı.Müğənni " Çırp-ınır Qara dəniz" mahnısını oxuyurdu.Bir azdan Tokioda keçirilən güləş üzrə dünya birinciliyindən birbaşa yayım olacaqdı.

Atası kövşəndən qayıtdı.

Fuadın anası yorğan- döşəkləri,xalça- palazları çırp-ıb qurtarmışdı.İndi yuyub qurutduğu yunu çırp-ırdı.

Artıq güləş yarışı başlamışdı.Finalda bizim güləşçi erməni ilə güləşirdi.

Fuad ürəyi çırp-ına- çırpı-na baxırdı.Nəhayət...bizim güləşçimiz yarım dəqiqə ərzində erməninin kürəyini yerə çırp-dı və çempion oldu...

Anası Fuadı səslədi ki,gedib yorğan- döşəkləri,xalça- palazları evə daşısın..

Atası "su başına" ( ayaqyoluna)getmişdi.

Anasının onu səsləməsinə məhəl qoymayan Fuada atası " su başından"qışqırdı:

--Əə, eşitmirsən ananı? Gəlib səni çırp-acam indi..

Fuad televizorun səsindən bu səslənmələri eşitmirdi.

Atası tələm- tələsik əllərini yuyub,hirsli- hirsli Fuadın televizora baxdığı otağa girdi.Fuad qapını çırp-ıb ,bayıra anasının yanına qaçdı.Atası əsəbindən televizorun pultunu divara çırp-dı.Kişinin çırt-ma vursan qanı çıxmazdı.

Anası atasının yanına gəldi:

-A kişi toxta.Uşaqdır da..Qonşunun uşağı axşama kim doydaq kimi gəzir .Maşallah ,Fuad həmişə bizə kömək eləyir,qoçaq oğlandı.O biri qonşunun uşağı kimi dızqax deyil ki...

Kişi sakitləşdi...

Arvad davam elədi:

--Odee,o günləri qonşu Şərəbanı oğlunun paltarlarını yuya- yuya deyinirdi:

" Bu qədər paltar olar? Andıra qalmışlardan elə bir yandan aldırır.Görüm ,mirəsə qalsın"

Amma Fuad..O günü görürəm qayışı qırılıb,qayış yerinə şalvarına qatma salıb ,bağlayıb.Qatmanı da taxçanı eşələyib ,ordan götürüb...

...Kişi toxtamışdı.Arvad süfrə açdı.Allahın verdiyindən süfrəyə düzdü.Günorta yeməyini yedilər , üstündən adama bir mis dolça sərin odux( ovdux) da içdilər...

...Fuadın daşıdığı yorğan - döşəyi anası yük yerinə ,xalça- palazları da qatlayıb cehizlik sandığının üstünə səliqə ilə yığdı...

....Axşamçağı qapılarındakı ağ tut ağacını çırp-ıb, tutu yığdılar... Sonra bəhməz bişirmək üçün onu iri teştə tökdülər.

Fuadın yığdığı çırp-ıdan ocaq qaladılar. Qarğıdalıları qazana yığıb, üstünə su tökdülər.." Üçayağı" ocağın üstünə,qarğıdalı qazanını isə " üçayağın " üstünə qoydular...

Qarğıdalı qazanı pıqqapıq qaynayırdı ..Fuad bostandan qırdığı günəbaxanı çırt-a- çırt çırt-layırdı...

Qonşunun oğlu Fuadın yanına gəldi.Dediyinə görə sözə baxmadığına görə atası onu çırp-mışdı...

Fuadla bir az söhbətləşdilər....Semıçka da çırt-ladılar, pıqqapıq qaynayan qazandan sütül qarğıdalı da götürüb,üstünə duz səpib,dişlərinə çəkdilər.

Fuad qonşu oğlanı başa saldı kı," çırp-ılmamaq" üçün valideynlərin sözünə baxmaq lazımdır...

Anası şam yeməyinə çolpa çığırtması bişirirdi...

...Bayırda külək əsirdi..Külək ipin üstünə sərilmiş paltarları ora- bura çırp-ırdı...

Evin darvazası çırp-ıldı..Fuadın atası kövşəndən qayıtdı...

P.S.Bu hekayədə yazdıqlarım SSRİ dönəmində baş verib.Yun çubuğu ilə döyülməklərini xatırlayan varmı?

İndiki qanunlara əsasən uşaqları çırp-maq nədi,heç əlinən itələmək də olmaz...