Fərhad Tapdıqoğlu : - Qara.

YAZARLAR 08:55 / 16.01.2025 Baxış sayı: 672

 

                                                              (hekayə)

Qara-kişi Qara-yevin müharibədən "qara kağızı " gələndə,oğlu Qara-xanın beş yaşı vardı. Böyüdü,təhsil aldı,hərbi xidmət borcunu yerinə yetirəndən sonra ,evləndi, ailə qurdu.Evləndiyi qız ,qara-yanız, qara-qaş,qara-göz bir qız idi.Adı da Qara-tel. Yaşadıqları qəsəbədə balıqçılar çox idi.Qara kürü süfrələrindən əskik olmazdı .Qəşəng aş dəmləyirdi Qara-tel. Aş qara-sını hazırlamaqda xüsusi səriştəsi vardı.Əslən Qara-bağlı idi Qara-tel,Qara-bulaqdan."Qara-bağım- qara bəxtim " mahnısına qulaq asanda həmişə ağlardı. Qara-gen adında erməni kirvələrinin su içdiyi stəkanı, xörək yediyi boşqabı Qara çayda qara qumla sürtüb,suya çəkərdi Qara-tel. Tanıdığımız zamanlardan həmişə ermənini murdar bilmişik...

.....Qara-xanla Qara-telin ilk uşaqları qara-şın bir oğlan uşağı idi. Babasının adını yaşatmaq üçün adını Qara-kişi qoymuşdular.Amma ona gah Qara-bala, gah da sadəcə Qara deyirdilər.Qara-bala çox ağıllı uşaq idi.Yayda ata kəndinə Qara-yazıya gedərdi.Qara-malları,qoyunları o düzlərdə otarardı. Qara-malların "qara yara" xəstəliyinə tutulduğunu da görmüşdü..Qara kənddə qara tut yeməyi çox xoşlardı,qare-lləni də,qara böyürtkəni də,qara-ğatı da ...

Uşaq olanda bir dəfə atası ona dedi:

--Ay Qara ,çıx çölə bax,qara qar yağır.

Qara çıxıb baxdı ki, qara qar nə gəzir?

Sonra atası başa saldı ki,yəni qarın üstünə qar yağır,qara qar yağır.Sonra Qara özü həmişə uşaqları aldadıb, qara qar yağdığını deyirdi.

Qara-xan kişi qara-bığlı kişi idi.Həmişə cibində qara kişmiş olardı.Qara-papaqlı kişilərdəndi Qara-xan. Qara-gül qoyun dərisindən papağı da vardı..

Bu ailədə qara-başağı çox xoşlardılar.Şən,zarafatcıl idi Qara-xan kişi.Qara-qabaq,qara-dinməz adamlardan xoşu gəlməzdi.

Qara-xan kişi bəzən Qara-nı qara-ba- qara izlərdi ki,o pis uşaqlara qoşulmasın,"qara fikirlilərdən "uzaq dursun. Qara-xan kişinin ailəsi qeyd elədiyim kimi yaxşı yaşayırdılar.Qara ilə birlikdə dörd uşaqları vardı: iki oğlan,iki qız.

Qara-xan kişi "Qara Volqa" kitabını oxuyandan sonra özünə bir "Qara Volqa" da almışdı...

Qara da bəzi xasiyyətlərdə atasına çəkmişdi.Dərslərini yaxşı oxuyurdu.Ədəbiyyatı çox sevirdi.Müəllim sözün yaxşı mənasında onu "qara-lamışdı". Tez-tez suallar verirdi ona. Özünün dediyi kim cızma- qara-ları da vardı.Bir inşa yazanda qara-lama etməz,birbaşa ağlamaya yazardı. Valideynlərinə üz qara-lığı gətirməzdi.Qara hərdən fikirləşirdi ki,niyə təyyarənin qara qutusu narıncı rəngdə olur?Niyə axşam düşür,qaş qara-lır?

Niyə zəncilər qap-qara olurlar? Böyüdükcə ,bu sualların cavabını anlayırdı Qara..

Qara-xanla Qara-tel toylarda özbək mahnısı "Qara-göz boy- boy"a rəqs edərdilər.Qara isə "Qara-bala" mahnısına oynardı.

Qara-çılar küçədə qarşısını kəsib," pul ver,falına baxım" deyəndə çox hirslənirdi Qara.Yolda qarşısından qara pişik keçəndə tez geri qayıdardı.

Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olundu.imtahanlardan həmişə qorxurdu Qara.İmtahan sessiyası başlayanda onun qara günləri başlayırdı.

Ali məktəbi bitirəndən sonra Qara-dağda müəssisələrin birində işləməyə başladı.Zil-qara kostyum geyməyi xoşlayan Qara-nın ayaqqabısı da,qayışı da qara rəngdə ,amma köynəyi çox zaman ağ rəngdə olardı.Qara-nın qara telləri vardı.

Ev növbəsinə dayanıb,mənzil də aldı Qara. Ailə qurduğu qızın da adı Nargilə olsa da,hamı onu Qara-gilə deyə çağırırdı.Qara da,Qara-gilə də,qara-yanız olsalar da,qızları Ağca da, oğlanları Ağayar da ağappaq idilər.

Övladları da ali təhsil almışdılar.Pandemiyaya görə Ağcanın toyu təxirə salınmışdı Ağayar isə hələlik özünə karyera qurmaq istəyirdi.Neftçi idi. "Qara qızıl"mədənlərinin birində neft hasilatı ilə məşğul idi.

Qara kişi( Qara-kişi ) "qara günləri "üçün bir az pul da toplamışdı...

....Qaranın da,Qara-gilənin də

valideynləri dünyalarını dəyişmişdilər. Onların hər birinin anım günlərini və "qara bayramlarını " mütləq keçirirdilər...

Bu ailə gözəl,mehriban ,xöşbəxt bir ailə idi...

..... Təqaüddə olan Qara(Qara-kişi) Qara-yev ,ayağında qara çəkmə,əynində qara kostyum ,qara gödəkçə,ağ köynək,başında qara dimdikli papaq ,ağzında qara maska Qara Qara-yev metrosundan çıxıb ,avtobus dayanacağına doğru irəlilədi. Marşruta əyləşib,Qara-şəhərə yola düşdü..Yeni salınmış parkda oturacaqların birində otirdu .Fikrə getdi.Sağalmaz xəstəliyə tutulduğunu bilirdi,"səssiz ölüm" adlandırılan qara ciyər xərçənginə.Bilirdi ki,bu xəstəlik ancaq son anda ağrı verir.Hamıdan ömrünün son günlərini yaşadığını gizlədirdi...

.....Ramiz Rövşənin "Qara paltarlı qadın" şeirini pıçıltılı səslə özü-özünə söyləməyə başladı Qara...